Sağlamlıq Üçün

Mineral su nədİr?

17 Nisan 2017 Pazartesi

Mineral sular, insan bədəninin ehtiyac duyduğu mineralları ehtiva edən təbii sudur, odur ki, bu su insanın maye qəbulunda əsas yer tutur.

Təbii mineral su, bir və ya çox qaynaqdan yer üzünə çıxan, mineral məzmunu dəyişməyən, hər cür çirklənmə riskinə qarşı qorunmuş və hər hansı bir kimyəvi əməliyyat görməyən yeraltı sulardır. Mineral suları digər sulardan ayıran ən əhəmiyyətli xüsusiyyət mənbəyindən əldə edildiyi anda spesifik miqdarda mineral ehtiva etməsidir. Mineral məzmunu 50mg / l-dən az olan sular “Çox aşağı mineral”, 500 mg / l -dən az olan sular  “Aşağı mineral” və 1500 mg / l-dən çox olan sular “Zəngin mineral” olaraq xarakterizə edilir. Mineralın miqdarı 250 mq / l-dən çox olan sulara “Mədən Suyu” adı verilir.

Sudakı mineralların xüsusiyyətləri:

Suda olan mineralların sağlamlığa faydalı təsiri saymaqla bitməyəcək qədər çoxdur. Sudakı mineralların sağlamlığımız üçün çox əhəmiyyətli olduğunu ifadə edən və bu mövzu üzərinə araşdırmalar aparan İstanbul Universiteti Tibb Fakültəsnin Müəllimi, Tibbi və Hidroklimatoloji Fundamental elmlər sahəsində tədqiqatçı və Beynəlxalq Hidroklimatoloji Dərnəyin Başçısı Prof. Dr. M. Ağıllı Karagülle, pH dəyəri yüksək təbii mineral suların tərkibindəki minerallar haqqında əhəmiyyətli məlumatlar verir.

Ürəyin sağlamlığı üçün kalsium dəstəyi

Təbii mineral sularda bol olan kalsiumun sümük sağlamlığı üçün çox əhəmiyyətli olduğunu ifadə edən Prof. Dr. M. Ağıllı Karagülle, kalsiumun uşaqların, gənclərin və yaşlıların ən çox ehtiyac duyduğu minerallardan olduğunu açıqladı. Bundan başqa, kalsiumun dişlərin sağlamlığında, ürək sağlamlığında və qanın laxtalanma xüsusiyyətində olduqca əhəmiyyətli olduğunu vurğuladı. pH dəyəri yüksək təbii mineral sularda olan digər bir mineral – maqneziumun sümük və ürək-damar sağlamlığı üçün enerji istehsalında təsirli olduğunu ifadə etdi. Karagülle kifayət qədər kalsium və maqnezium qəbulunun uşaqlarda sümük və əzələ inkişafında əhəmiyyətli rol oynadığını açıqlayaraq, qadınların xüsusilə menopauzadan  sonrakı osteoporozdan qorunmasında  kalsiuma ehtiyac duyduqlarını dilə gətirdi.