Kalsium mineralı 99%-i sümük və dişlərdə, yerdə qalan 1%-i isə qan və hüceyrələrdə olmaqla insan bədənində ən çox yer tutan mineraldır.
Əzələlər, cinir sistemi və sümüklər üçün faydalı bir mineraldır. Kalsium xüsusən də hamilə qadınlar və uşaqlar üçün cox faydalıdır. Kalsium çatışmazlığı zamanı osteomalyasiya, osteoporoz və raxitlık kimi xəstəliklər müşahidə edilə bilər. Xüsusən də süd və süd məhsullarının tərkibi kalsiumla zəngindir. Bu xülasə xarakterli yazımızdan sonra aşağıda kalsium ehtiyacının nə cür təmin edilməsi, hansı məhsulların tərkibində olması kimi suallara ayrı-ayrı başlıqlar halında cavab verilmişdir:
Kalsium minerali və xüsusiyyətləri
Kalsium qələvi metallar qrupuna aiddir. İşarəsi “Ca” şəklindədir. “Ca” işarəsi isə Latın dilində əhəng mənası verən “calx” sözündən götürülmüşdür. İnsan bədənində ən cox olan elementdir. Kalsium qida məhsullarının tərkibində qəbul edilir, lakin tamamilə sorula bilinmir, kalsiumun orqanizm tərəfindən tam sorulması üçün C vitamini və D vitamini, yağlar, fosfor kimi bəzi köməkçi maddələrə ehtiyac vardır.
Sümük və dişlərin sağlamlığı üçün faydalıdır. Sümüklərin və dişlərin əsasını təşkil edir.
Qanın laxtalanması üçün müsbət təsir göstərir. Eyni zamanda qan təzyiqinin normal səviyyədə qalmasına kömək edir.
Əzələlərin möhkəmlənməsini təmin edir. Xüsusən də ürək əzələlərinin sistemli fəaliyyət göstərməsi üçün həyati əhəmiyyətə malikdir.
Sinir sisteminin normal fəaliyyətinə müsbət təsir edir.
Kalsium çatışmazlığı və normadan artıq olması
Kalsium çatışmazlığı sümük və diş xəstəliklərinin yaranmasına səbəb olur. Bu vəziyyət sümüklərin inkişafdan geri qalması, boşalması ve kövrəkləşməsi formasında özünü göstərir. Bu zaman orqanizmdə ağrılar artır, əzələlər zəifləyir. Sümüklərin inkişafdan geri qalmasına və mineral çatışmazlığına uşaqlarda raxitlik, qadınlarda isə osteomalasiya deyilir. Yaşlı insanlarda isə kalsium çatışmazlığı sümüklərin qırılmasına səbəb olur, sümüklər daha yumşaq olur, bu xəstəliyə isə osteoporoz deyilir. Təbii yaşlanma prosesinin və onun təsirlərinin qarşısını almaq mümkün deyildir, lakin lazımi miqdarda D vitamini və kalsium qəbul etməklə sümüklər gücləndirilə bilər.
Kalsiumun normadan artıq olması isə, təzyiqin yüksək olmasına, damarların bərkiməsinə, orqanizmdə daşlaşmalar əmələ gəlməsinə, anormal sümük böyümələrinə və böyrəklərdə daş əmələ gəlməsinə səbəb ola bilər.
Gündəlik kalsium təlabatı
Yetkinlik yaşındakı normal bir insanın bir günlük kalsium tələbatı 800-1000 mg həddindədir. İki stəkan süd içən bir şəxs bir günlük təlabatının yarısını təmin etmiş olur. İnkişaf mərhələsində olan uşaqlarda, hamilə qadınlarda və lazımı qədər günəş enerjisi qəbul edə bilməyən şəxslərdə orqanizmin kalsiuma tələbatı artır. Hamilə qadınların gündə 1300 mg kalsium qəbul etməsi məsləhət görülür.
Kalsium tələbatı cədvəli
Körpə uşaqlar: 0-12 ay 400-600 mg
Uşaqlar: 1-9 yaş 800 mg
Gənclər: 10-18 yaş 1300 mg 19 yaşdan sonra 100 mg
Yetkinlik yaşında olanlar: 19-50 yaş 1000mg
Yaşlılar: 51 – 65 yaş və daha artıq olanlar 1200 mg
Hamil qadınlar: 1300 mg
Kalsium hansı qida məhsullarında olur?
Kalsium ən çox süd və süd məhsullarında olur. Bu məhsullarda kalsiumun orqanizm tərəfindən daha yaxşı sorulur. Bunlardan başqa quru lobya, küncüt, fındıq, yumurta sarısı və bəhməz kimi məhsullardan da orqanizm əhəmiyyətli miqdarda kalsium ala bilir. Yaşıl yarpaqlı göyərtilər və taxıl məhsullarının da tərkibində kalsium olmasına baxmayaraq həmin məhsullarda kalsimun orqanizm tərəfindən sorulma səviyyəsi çox aşağıdır. Bu məhsulların tərkibindəki oksalat və fitik turşu kalsiumun sorulma səviyyəsini aşağı salır. proteinli ərzaqlarla qidalanmaq da kalsiumun orqanizm tərəfindən sorulma səviyyəsini aşağı salır.