Qaynağımız

“Sirab” mineral su yatağı Naxçıvan şəhərinin 14.6 km şimal - şərqində, Babək rayonunun Sirab kəndi ərazisində, Kəlbəağıl vadisində yerləşir və hündür dağların qoynunda 1257.80 metr hündürlükdən çıxan bulaq suyudur.

Qədim zamanlardan indiyədək “Sirab” mineral suyundan həm içmək həm də müalicə məqsədləri üçün istifadə edilmişdir. Sirab sözü “Sirli Su” mənasini daşıyır.

İndi də “Sirab” insanların təhlükəsiz qidalanması, uşaqların sağlam gələcəyi naminə su sahəsində üzərinə düşən vəzifəni  artıqlaması ilə yerinə yetirməkdədir.

Təbii mineral suyun əsas komponentləri və onların konsentrasiyası, Mg/l

Element / Mürəkkəb

Miqdarı

Maqnezium

37.9-56.9

Kalsium

214-320

Natrium

112-168

Kalium

5.90-8.86

Sulfat

146-218

Hidrokarbonat

852-1278

Xlorid

23.3-35.0

CO2

117-350

Təbii mineral suyun əsas maddələri, kimyəvi tərkibi, EQ %

Element / Mürəkkəb

Miqdarı

Maqnezium

16.72

Kalsium

56.54

Natrium

25.78

Kalium

0.95

Sulfat

17.18

Hidrokarbonat

79.10

Xlorid

3.72