Qaynağımız

Naxçıvan şəhərinin 14.6 km şimal - şərqində, Sirab kəndi ərazisində, hündür dağların qoynuyda, Kəlbəağıl vadisində 250 metr dərinlikdən bir bulaq qaynayır. Bu – qızıl ehtiyatları, daş-duz yataqları və bulaqları ilə zəngin Naxçıvan torpağının möcüzələrindən biri olan "Sirab"dır. Qədim Naxçıvan torpağının bu misilsiz sərvətlərindən insanlar neçə-neçə əsrlərdir ki istifadə edirlər.

Bir sözlə, “Sirab” insanların təhlükəsiz qidalanması, uşaqların sağlam gələcəyi naminə su sahəsində üzərinə düşən vəzifəni  artıqlaması ilə yerinə yetirməkdədir. Bu səbəbdəndir ki, günü-gündən “Sirab”a olan diqqət  artır, dünyanın müxtəlif ölkələri bu suyu ixrac etmək üçün maraq göstərirlər. Çünki, onun “hər damlasında həyat var!”

Ca

Kalsium mineralı 99%-i sümük və dişlərdə, yerdə qalan 1%-i isə qan və hüceyrələrdə olmaqla insan bədənində ən çox yer tutan mineraldır.

Əzələlər, cinir sistemi və sümüklər üçün faydalı bir mineraldır. Kalsium xüsusən də hamilə qadınlar və uşaqlar üçün cox faydalıdır. Kalsium çatışmazlığı zamanı osteomalyasiya, osteoporoz və raxitlık kimi xəstəliklər müşahidə edilə bilər. Xüsusən də süd və süd məhsullarının tərkibi kalsiumla zəngindir. Bu xülasə xarakterli yazımızdan sonra aşağıda kalsium ehtiyacının nə cür təmin edilməsi, hansı məhsulların tərkibində olması kimi suallara ayrı-ayrı başlıqlar halında cavab verilmişdir:

Kalsium minerali və xüsusiyyətləri

Kalsium qələvi metallar qrupuna aiddir. İşarəsi “Ca” şəklindədir. “Ca”  işarəsi isə Latın dilində əhəng mənası verən “calx” sözündən götürülmüşdür. İnsan bədənində ən cox olan elementdir. Kalsium qida məhsullarının tərkibində qəbul edilir, lakin tamamilə sorula bilinmir, kalsiumun orqanizm tərəfindən tam sorulması üçün C vitamini və D vitamini, yağlar, fosfor kimi bəzi köməkçi maddələrə ehtiyac vardır.

Sümük və dişlərin sağlamlığı üçün faydalıdır. Sümüklərin və dişlərin əsasını təşkil edir.
Qanın laxtalanması üçün müsbət təsir göstərir. Eyni zamanda qan təzyiqinin normal səviyyədə qalmasına kömək edir.
Əzələlərin möhkəmlənməsini təmin edir. Xüsusən də ürək əzələlərinin sistemli fəaliyyət göstərməsi üçün həyati əhəmiyyətə malikdir.
Sinir sisteminin normal fəaliyyətinə müsbət təsir edir.

Kalsium çatışmazlığı və normadan artıq olması

Kalsium çatışmazlığı sümük və diş xəstəliklərinin yaranmasına səbəb olur. Bu vəziyyət sümüklərin inkişafdan geri qalması, boşalması ve kövrəkləşməsi formasında özünü göstərir. Bu zaman orqanizmdə ağrılar artır, əzələlər zəifləyir. Sümüklərin inkişafdan geri qalmasına və mineral çatışmazlığına uşaqlarda raxitlik, qadınlarda isə osteomalasiya deyilir. Yaşlı insanlarda isə kalsium çatışmazlığı sümüklərin qırılmasına səbəb olur, sümüklər daha yumşaq olur, bu xəstəliyə isə osteoporoz deyilir. Təbii yaşlanma prosesinin və onun təsirlərinin qarşısını almaq mümkün deyildir, lakin lazımi miqdarda D vitamini və kalsium qəbul etməklə sümüklər gücləndirilə bilər.

Kalsiumun normadan artıq olması isə, təzyiqin yüksək olmasına, damarların bərkiməsinə, orqanizmdə daşlaşmalar əmələ gəlməsinə, anormal sümük böyümələrinə və böyrəklərdə daş əmələ gəlməsinə səbəb ola bilər.

Gündəlik kalsium təlabatı

Yetkinlik yaşındakı normal bir insanın bir günlük kalsium tələbatı 800-1000 mg həddindədir. İki stəkan süd içən bir şəxs bir günlük təlabatının yarısını təmin etmiş olur. İnkişaf mərhələsində olan uşaqlarda, hamilə qadınlarda və lazımı qədər günəş enerjisi qəbul edə bilməyən şəxslərdə orqanizmin kalsiuma tələbatı artır. Hamilə qadınların gündə 1300 mg kalsium qəbul etməsi məsləhət görülür.

Kalsium tələbatı cədvəli

Körpə uşaqlar: 0-12 ay  400-600 mg

Uşaqlar: 1-9 yaş  800 mg

Gənclər: 10-18 yaş 1300 mg 19 yaşdan sonra 100 mg

Yetkinlik yaşında olanlar: 19-50 yaş   1000mg

Yaşlılar: 51 – 65 yaş və daha artıq olanlar 1200 mg

Hamil qadınlar: 1300 mg

Kalsium hansı qida məhsullarında olur?

Kalsium ən çox süd və süd məhsullarında olur. Bu məhsullarda kalsiumun orqanizm tərəfindən daha yaxşı sorulur. Bunlardan başqa quru lobya, küncüt, fındıq, yumurta sarısı və bəhməz kimi məhsullardan da orqanizm əhəmiyyətli miqdarda kalsium ala bilir. Yaşıl yarpaqlı göyərtilər və taxıl məhsullarının da tərkibində kalsium olmasına baxmayaraq həmin məhsullarda kalsimun orqanizm tərəfindən sorulma səviyyəsi çox aşağıdır. Bu məhsulların tərkibindəki oksalat və fitik turşu kalsiumun sorulma səviyyəsini aşağı salır. proteinli ərzaqlarla qidalanmaq da kalsiumun orqanizm tərəfindən sorulma səviyyəsini aşağı salır.

Li

1817-ci ildə Johan August Arfvedson tərəfindən kəşf edilən, dövrlər cədvəlində qələvi metallar qrupuna daxil edilən(I qrup), kimyəvi bir element olan Litiumun işarəsi “Li”, təyin nömrəsi isə 3-dür. Ən aşağı qalınlığa malik olan bu metal təbiətdə saf halda olmur. Yumşak və gümüşü ağ metal Litium kəsilir. Havanın təsiri nətıcəsində boz rəng alır. Bu reaksiya nəticəsində Litium oksid (Li2O) əmələ gəlir. Bu oksidləşmə ilə bərabər rəngi qaralır və ləkələnir.

Metalı zənginləşdirmə xüsusiyyətinə malik olduğuna görə mobil telefon və kamera batareyalarının doldurulmasında və hava nəqliyyatı vasitələrində ərinti olaraq istifadə edilir. Litium birləşmələrindən litium karbonat, alüminium istehsalında, bundan başqa keramika sənayesi, ikiqütblu (bipolar)  xarabolma və manik depressiya xəstəliklərinin müalicəsi zamanı istifadə olunur. Hidrogen qazının istehsalında litium hidrur, motor yağı və yağ istehsalında litium hidroksid, soyutma sistemlərində isə litium xlor və bromiddən istifadə edilir. İkinci böyük istifadə sahəsi şüşə istehsalı sahəsi olan latium, şüşə sənayesində həm mineral, həm də litium karbonat kimi istifadə edilir.

Litium çatışmazlığı

Litium çatışmazlığının səbəb olduğu xəstəliklər oynaqlarda ağrı, saçlarda qırılma, soyuğa qarşı həddindən artıq həssaslıq, yorğunluq, depressiya, kökəlmə və ya arıqlama, dəri qurumasıdır. Nadir hallarda rast gəlinir. Cinsindən asılı olmayaraq hər bir şəxsdə müşahidə edilə bilər. Litium çatışmazlığının səbəb olduğu bu xəstəliklərin təsiri düzgün qidalanma yolu ilə azaldıla bilər.

Tərkibində litium olan ərzaq məhsulları

Mineral sular, içməli su, süd, yumurta, zeytun, çovdar və buğda bitgiləri, inək ciyəri, pırasa (luk-porey), selderey, latuk, yarpaqlı göyərtilər, kartof, pomidor, portağal, dəniz məhsullarının tərkibində latium vardır.  

pH

pH dəyəri hansısa bir qarışığın turşuluq və ya əsas üzrə səviyyəsini ifadə edən bir ölçü vahididir. Qarışığn ph dəyəri 0 ilə 14 arasında dəyişir. 0-7 arası turşuluğu, 7-14 arası isə əsas qarışığını bildirməklə, 7 neytraldır.

Suyun pH dərəcəsi də 0-dan 14-ə qədər olan dəyərlərə malikdir. 0-7 arası turşuluq, 7 neytral, 7-14 arası qələvi su olaraq qiymətləndirilir. Saf suyun pH dərəcəsi 7-dir. Suyun turşuluq xüsusiyyətinə malik olması tərkibində həddən artıq karbondioksid olnası, qələvilik xüsusiyyətinə malik olması tərkibində həddən artıq kalsium bikorbanat və qələvi duzları olduğunu bildirir. Bundan başqa tərkibində kalium, kalsium və maqnezium olması suyun turşuluq səviyyəsini aşağı salır. Az qələvili sular insan sağlamlığı baxımdan daha səmərəli və faydalıdır.

Təbiətdə olan su mənbəələrinin pH dəyərləri tərkiblərindəki maddələrdən asılı olaraq müxtəlif olur. Suyun pH dəyəri tərkibindəki hidrogen ionunun müqavimətindən asılıdır. Hidrogen ionu müqavimətinin on qat dəyişməsi pH dəyərinin bir vahid dəyişməsinə səbəb olur.

Həm təbii mənbəələrdə, həm də içməli sularda suyun pH dəyəri az qələvili və ya neytral olmalıdır. Xüsusən də, mənbəə sularında ən münasib pH dəyəri 6,5 - 8,5 aralığında, içməli sularda isə 6,5-9,2 aralığında olmalıdır. Təbii mənbəə suları üçün qanunla icazə verilən istifadə nisbəti 45,9,5 arasında müəyyən edilmişdir.

İdeal suyun pH dəyəri ilə birlikdə sərtlik dərəcəsi də sağlamlıq baxımından çox əhəmiyyətlidir. Sərtlik dərəcəsi suyun tərkibində olan maqnezium və kalsiumun cəmi miqdarını bildirir. Tərkibində az miqdarda maqnezium və kalsium olan sular yumşak sular adlanır və içilməsi çox yaxşıdır. Lakin, orqanizmin lazımi miqdarda mineral qəbul etməməsinə səbəb olur. Türkiyədə də istifadə olunan içməli suların sərtlik dərəcəsi əsasən az olur. Suyun sərtlik dərəcəsi kimi  suyun pH dəyəri də kalsium və maqnezium dəyərlərindən asılıdır.

Avropa Birliyi işməli su üçün 15 (FS) sərtlik dərəcəsi, Dünya Sağlamlıq Təşkilatı isə 10 (FS) sərtlik dərəcəsini tövsiyyə edir. Içməli suyun ən ideal pH dəyəri isə 7,5-8,5 arsındadır.

K

Kalium yetkinlik yaşındakı fərdlərdə bədənin hər bir kiloqraminda təxminən 2 qr həcmində olur. Yəni 80 kq çəkisi olan bir fərdin bədənində təxminən 160 qr kalium olur. Kalium orqanizmdə elektrolit tarazlığın təmin edilməsinə,  sinir həssaslığının nəzarətdə saxlanmasına, qan təzyiqinə nəzarət olunmasına, fermentlərin normal fəaliyyətinə müsbət təsir göstərən əhəmiyyətli bir mineraldır. Yetkinlik yaşına çatan bir fərdin gündılik kalium təlabatı 1,6-2 qr arasındadır. Hər bir fərdin kaliuma olan tələbatı gündəlik qidalanma zamanı asanlıqla təmin olunur, bu səbəbdən də orqanizmdə adətən kalium çatışmazlığı olmur. Kalium çatışmazlığına müşahidə edildiyi nadir hallar “hipokalemi” adlanır. Hipokalemi olan fərdlərdə uzun müddət qaytarma, xroniki qarın ağrısı (mədə pozğunluğu), böyrək xəstəlikləri, iştahsızlıq, əzələlərdə gücsüzlük, beyin dumanlanması, əsəbi gərginlik və ürək döyüntülərində dəyişmələr meydana gəlir. Kaliumun orqanizmdə həddən artıq olduğu hallarda isə “hiperkalemi” xəstəliyi və bununla əlaqədar olaraq böyrək çatışmazlığı və ürək əzələlərində zədələr meydana gəlir.

Tərkibində kalium olan ərzaq məhsulları: qəhvə, yaçıl çay, yaşıl gğyərtilər (brokkoli, pazı, kələm) quru lobyakimilər, badam, fındəq kimi quru meyvələr, əncir, ərik kimi meyvələrin qurudulmuşları, balıq əti, meyvə şirəsi və avakadodur. 

Na

Natrium, orqanizmdə su tarazlığını tənzimləyən bir mineraldır. Sinir sistemi və əzələ hərəkətləri üçün çox faydalıdır. Bundan başqa bədəndəki hüceyrələrin qidalanması üçün hüceyrə divarlarından keçişi təmin edir.

Natrium çatışmazlığı zamanı aşağıdakılar müşahidə olunur:

  • Yorğunluq
  • Halsızlıq
  • Taqıtsizlik
  • Baş hərlənməsi
  • Təzyiqin düşməsi
  • Konsantrasiya problemi
  • Yaddaçın zəifləməsi
  • Ürək bulanması
  • Spazmalar

Orqanizmdə tuz itgisinə səbəb ola biləcək mədə pozğunluğu, tərləmə, böyrək ağriları və ya az duz qəbul edərək çox su içmə halları orqanizmdə natrium çatışmazlığının əlamətləridir.

Natrium mineralının orqanizmə faydaları:

  • Qanda pH dəyərinin qorunmasını təmin edir
  • Sinir və əzələ funksiyalarının nizamlanmasına kömək edir
  • Qidaların hüceyrə pərdələrindən keçməsini təmin edir
  • Orqanizmdəki su tarazlığını qoruyur
  • Yüksək qan təzyiqinə təsir edir
  • Ürək əzələlərinin fəaliyyətini təmin edir

Gündəlik natrium təlabatı

Yetkinlik yaşında olan bir fərdin gündəlik natrium tələbatı 2-3 qarmdır. Bu miqdar 5 qram süfrə duzundan təmin edilə bilir. Buna görə də natrium təlabatını təmin etmək çox asandır. Məd pozğuluğu, həddindən artıq tərləmə kimi orqanizmin su və mineral itirdiyi hallarda və ya hamiləlik hallarında natriuma təlabat artır. Ana südündə lazımi miqdarda natrium olduğuna görə körpə uşaqlara 1 yaşlarına qədər duz və ya duzlu qidalar verilməməlidir. Bundan başqa təzyiqi olan insanların natrium təlabatları sağlam insanlara nisbətən daha az olur.

Mg

Orqanizmdəki əsas minerallardan biri olan maqnezium, orqanizmdəki metabolik əməliyyatların çoxunda lazımlı bir birləşmədir. Yetkinlik yaşındakı sağlam bir fərdin bədənində 20-28 qram maqnezium olmalıdır. Sümüklərin içindəki maqnezium bu nisbətin 60%-ni təşkil edir, yerdə qalan nisbət toxuma və orqanların içində olur. Ürək və beyində çox miqdarda maqnezium vardır.

Orqanizmdə maqnezium azlığı olduğu hallarda, bu kənardan kömək kimi alınmalıdır. Bu maqnezium azlığı aradan qaldırılmadığı təqdirdə orqanizm öz ehtiyyatlarından istifadə etməyə başlayır. Xüsusən də sümükdə olan maqneziumdan istifadə etməyə başlayır. Enerji tələb edən hər metabolik əməliyyat zamanı orqasnizm maqneziuma ehtiyac hiss edir. Sinir sistemindəki yüksək həssaslığı azaldan, insanların sakiinləşməsinə kömək edən maqnezium anti-stress mineralı kimi tanınır. Qandakı şekerin enerjiyə çevrilməsinə kömək edir, orqanizmdəki fermentləri hərəkətə gətirir. Maqnezium orqanizm üçün şox faydalı mineraldır.

MAQNEZIUMUN FAYDALARI:

  • Bədəndəki fosfor, C vitamini və kalsium kimi maddələrin təsirli bir şəkildə istifadəsinə kömək edir
  • Cildin, saçların və dırnaqların daha sağlam və güclü olmasını təmin edir
  • Sinir sisteminin düzgün fəaliyyətinə kömək edir
  • Bədən hərarətinin nizamlanmasına kömək edir
  • Asma və allergiya təsirlərini azaldır
  • Maqneziumun gücləndirilməsi qadınlarda aybaşı ağrılarının azalmasına təsir edir
  • Hamiləlik dövründə meydana gələn spazmaların qarşısının alınmasına təsir edir
  • Depressiyada olan və nərahatlıq hiss edən xəstələr arasında aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, onlarda maqnezium çatışmazlığı var. Bu cür insanlar. mütəmadi olaraq maqnezium qəbul etmənin faydalarını söyləyə bilərlər.
  • Sinir sistemində faydalı təsirə malik olduğuna görə sakitləşdirici xüsusiyyətə malikdir. Xüsusən də kalsiumla birlikdə olduğu zaman bu təsiri daha da artır.
  • Maqnezum beyin hüceyrələrinin ölümünə səbəb olan kalsiumun beynə çatmasının qarşısını alır, bundan başqa beyin hüceyrələrinin daha canlı olmasını təmin edir.
  • Hormonları aktivləşməsinə və nevroloji problemlərin qarşısının alınmasına müsbət təsiri vardır.
  • Siqaret çəkənlərin paraliç riskini azaldır
  • Orqanizmdə olan sodium və kalium tarazlığına müsbət təsiri vardır.
CO2

Bütün qazlı içkilərdə və mineral sularda olan karbondioksid qazının sudahəll olunması “karbonat” adlanır. İçkiyə asanlıqla udulma xüsusiyyəti verməklə bərabər karbondioksid qazının əsas bir faydası da tərkibində olduğu içkilərdə bakteriya və mikrop əmələ gəlməsinin qarşısını aldığına görə istehlakşılar üçün tıhlükəsiz olmasıdır.

Mineral suların və digər qazlı işkilərin tərkibində karbondioksid olduğunu şüşəni açdığımız zaman görə bilirik, bəs bu məhsulları işdikdən sonra orqanizmimizdə nələr baş verir?

Məhsulun işərisindəki karbondioksid qazı qastroentestinal sistem tərəfindən dərhal və sürətlə əmilir. Lakin məhsulun tərkibindəki karbondioksid qazınınn hamısı mədəmizə gedib çatmır. Bir hissəsi şüşə açılan zaman və ağzı aşıq vəziyyətdə qaldığı zaman havaya qarışır, bir hissəsi də məhsul içildiyi zaman udulan hava ilə birləşərək gəyirməyimizə səbəb olur.

Bu halda məhsuldakı qazın böyük bir hissəsi həzm sisteminə qədər gedib çatmır. Ora çatan miqdar isə dərhal əmilir. Bu sürətli əmilmə zamanı karbondioksid qazının olduğu içki də bağırsaqlarda sürətlə əmilir və sistemin normal vəziyyətdəkindən daha tez boşalmasına səbəb olur. Mineral suyun həzm prosesini asanlaşdırması və ürək bulanmasının qarşısını alması bu cür baş verir.

Əmilən karbondioksid qana keçir və çoxu orqanizmdən atılması üçün ağ ciyərə daşınır. Karbondioksid qanda üç formada daşınır. Təxminən 10%-i birbaşa qana qarışır, təxminən 20%-i hemoqlabin hüceyrələri ilə birləşir, yerdə qalan 70%-i isə qırmızı qan hüceyrələrinin tərkibində olan su ilə birləşərək bikarbonat halında qırmızı qan hüceyrələri tərəfindən daşınır.

Qanımızda olan karbondioksid qazının çox böyük bir hissəsi qazlı içkilərdən deyil, orqanizmimizin karbohidratları, proteinləri və yağları enerjiyə çevirdiyi zaman meydana gəlir. Başqa cür ifadə etsək, qanımızda karbondioksidin dolaşması gündəlik maddələr mübadiləsi hadisəsidir.

Idman etdiyimiz zaman qanımızda karbondioksid miqdarının yüksədiyini hiss edirirk, Hərəkətlilik artdıqca daha çox enerji istehsal etdiyimiz üçün qandakı karbondioksid miqdarı artır. Nəfəs sistemimiz bu vəziyyətə, daha cox oksigen qəbul edib daha çox karbondioksid temizlemeye bilmek üçün müvafiq reaksiya verir və tez-tez nəfəs almağa başlayırıq.

Sərf etdiyimiz enerjidən asılı olmayaraq, sağlam bir orqanizmdəki təbii kimyəvi reaksiyalar karbondioksid qazını qandan cox səmərəli bir formada və nəfəs aldığımız müddət ərzində mütəmadi olaraq təmizləyir. Bunun nəticəsində də orqanizmimizdə normal bir turşu / əsas tarazlığı yaranır. 

NH4
Ammonium bir kimyəvi maddədir, ammonyak duzlarında mineral rolunu oynayan tərkib hissəsidir. Formulu: NH+4 . Ammonium 1 azot və 4 hidrogendən ibarət NH+4  qrupudur. Suda çox miqdarda həll olmuş ammonyakın bir hissəsi su ilə reaksiyaya daxil oluraq ammonium ionunu yaradır. Tək olmayan bu atom qrupu, birləşmələrdə +1 kationu əvəz edir. NH+4 kationu kalium ilə bənzərlik göstərməktədir. Zəif əsas xüsusiyyətləri göstərən ammonyak turşularla birbaşa reaksiya girərək ammonium duzlarını formalaşdırır. Ammonium duzlarının çoxu müvafiq qələvi metalların duzları ilə çox oxşardır. Onlar ümumiyyətlə suda asanlıqla həll olur. Ammonium duzları qızdırıldığında parçalanır; qeyri-oksidləşdirici turşuların duzları ammonyak verir. Ammonium zəif bir turşudur. Suda həll olan rəngsiz bir qazdır. Təbiətdə proteinlərin tərkibində vardır. Buna görə də başta dəniz məhsulları olmaqla bir çox canlının bədənində ammonium vardır və əsas-turşu balansının saxlanılması üçün vacibdir.

MƏHSULLARIMIZ