Sağlamlıq üçün, artıq çəkidən xilas olmaq üçün, gözəl bədən quruluşuna sahib olmaq üçün mütəmadi su içməliyik. Bəs su bizim üçün nədən bu qədər əhəmiyyətlidir?
Su bədən quruluşumuzu və həyatımızı sağlam bir şəkildə davam etdirə bilməyimiz üçün çox böyük həyati əhəmiyyətə malikdir. Çünki insan bədəninin 2/3-i sudan ibarətdir və bədənimizin bir çox əhəmiyyətli funksiyasını su yerinə yetirir. İnsanların suya olan ehtiyacları da fərqlidir. Gündəlik olaraq orta hesabla 2-2,5 litr su qəbul etmək kifayət olsa da, lakin insanların çəkisi artdıqca suya olan ehtiyacları da artdığından, çəkisi yüksək olan insanların suya olan ehtiyacları 4-5 litrə qədər arta bilər. Kifayət qədər su içib-içmədiyinizi sidiyin rəngindən bilmək olar. Sidiyin rəngi tünddürsə, bu, suyun kifayət qədər içilmədiyinə, açıq rəngdə olduqda isə suyun kifayət qədər içildiyinə dəlalət edir. Digər bir göstərici də gündə 7-8 dəfə sidiyə çıxıb- çıxmadığınızdır. Əgər daha az sidiyə çıxırsınızsa, deməli içdiyiniz su orqanizminiz üçün kifayət deyildir.
Suyu az içdikdə qan axıcılığını itirir və qatılaşır. Odur ki, əgər bədəndə su çatışmazlığı varsa, qan normadan çox laxtalanır və bu da orqanlara çox az miqdarda oksigen və qida maddəsi çatdırılmasına səbəb olur. Bunun nəticəsində də yorğunluq, halsızlıq, enerji azlığı, səhərlər oyana bilməmək kimi problemlər ortaya çıxır. Suyun bədəndəki bir digər funksiyası da bəzi vitamin, mineral və qida elementlərinin həzminə kömək etməsidir. Xüsusilə B qrupu vitaminlər və C vitamini ən önəmlilərindəndir. Kifayət qədər su içən insanların dərisi daha elastik olur, dəri yaxşı nəmləndiyi üçün qırışların qarşısı alınır, yəni qocalma ləngiyir.
Oynaqlarınızın sürüşkənliyini təmin edərək oynaq ağrılarının qarşısını alır. Bədəndə yığılan toksinlərin kənar edilməsinin ən yaxşı yolu– yenə də bol su içməkdir. Yeməkdən yarım saat əvvəl qəbul edilən su mədədə dolğunluq hissi yaradaraq daha az qida qəbul edilməsinə səbəb olur və deməli, kökəlmənin qarşısını alır. Suyun bütün bu faydalarını öyrəndikdən sonra kifayət qədər su içməmək bədənimizə edəcəyimiz haqsızlıq, sağlamlığımıza verəcəyimiz zərər olacaqdır.
Nə qədər su içməliyik?
Gündəlik tənəffüs, tərləmə, siyimə və bağırsaq hərəkətləri əsnasında orqanizmimiz su itirir. Bədənin lazım olduğu kimi işləyə bilməsi üçün itirilən suyun içki və su ehtiva edən qidalar vasitəsilə əvəzini doldurmaq lazımdır. Əsasən həkimlər mülayim iqlimdə yaşayan sağlam bir insanın 1 gündə təxminən 8 və ya 9 stəkan su içməsini tövsiyə edirlər. 1 gündə içmək lazım olan suyun miqdarını təxminən aşağıdakı şəkildə hesablayaraq tapa bilərsiniz:
Yerinə Qoyma münasibəti
1 gündə insanlar tərəfindən ifraz edilən sidiyin miqdarı orta hesabla 1,5 litr (təxminən 6,3 stəkan) təşkil edir. Tənəffüs, tərləmə və bağırsaqların hərəkəti əsnasında da gündə ən azı 1 litr (təxminən 4 stəkan) su itirilir. Qəbul edilən qida orqanizmin suya olan ehtiyacının təxminən 20%-ni təmin edir. Bu səbəbdən gündəlik normal qidalanma ilə birlikdə gündə 2 litr (8 stəkandan çox) su və ya digər içkilərdən qəbul edilərsə, orqanizmin mayeyə olan ehtiyacı təmin edilmiş olar.
Gündə 8 stəkan su
Digər bir yanaşma isə gündə 8 stəkan su içməkdir. 200-250 ml su stəkanı ilə gündə 8 stəkan su təxminən 1.6 - 2 litrdir. Gündə 8 stəkan maye qəbulu, elmi olaraq sübut edilmiş olmasa da, bir çox insanlar tərəfindən asanlıqla əməl edilə bilər.
Pəhriz ilə əlaqədar təkliflər
The Institute of Medicine (Dərman İnstitutu) gündə kişilərin təxminən 3 litr (təxminən 13 stəkan), qadınların isə 2.2 litr (təxminən 9 stəkan) maye qəbul etmələrini tövsiyə edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, əgər kafi miqdarda maye qəbul edilirsə və susuzluq nadir halda hiss edilirsə, habelə gündə 1.5 litr (təxminən 6.3 stəkan) və ya daha çox rəngsiz və ya açıq sarı rəngdə sidik ifraz olunursa; deməli orqanizm maye ilə demək olar tam təmin olunur. Əgər adamın qəbul etdiyi mayenin miqdarında tərəddüdlər varsa, həkimlə və ya pəhriz mütəxəssisi ilə məsləhətləşmək lazımdır.